
“Reyncers”dən darmadağın, “Dinamo”dan gözlənilməz məğlubiyyət
- 01:13
- 36
Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start verilib.
Rekord.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib.
Azərbaycan təmsilçisi “Qarabağ” Şimali Makedoniyada “Şkendiya”nı məğlub edib. “Malmö” “Kopenhagen”lə heç-heçəyə razılaşıb. “Reyncers” ilk oyunda “Viktoriya”ya qalib gəlib. Kiyev “Dinamo”su isə “Pafos”la ev oyununda gözlənilməz məğlubiyyətə üzülüb.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, ilk oyunlar
5 avqust
Malmö (İsveç) – Kopenhagen (Danimarka) 0:0
Dinamo (Kiyev, Ukrayna) – Pafos (Kipr) 0:1
Şkendiya (Şimali Makedoniya) – Qarabağ 0:1
Reyncers (Şotlandiya) – Viktoriya (Plzen, Çexiya) 3:0