
Rəşad Sadıqova yeni müqavilə təklif olunacaq
- 03 Mar 2023 15:00
- 445
“Zirə” mövsümün sonunda komanda ilə müqaviləsi başa çatacaq Rəşad Sadıqova yeni müqavilə təklif edəcək.
Rekord.az-a daxil olan məlumata görə, komanda hətta avrokuboklara vəsiqə qazanmasa belə, rəhbərlik Sadıqova güvənməyi düşünür.
Qeyd edək ki, Sadıqov “Zirə” ilə 2019-cu ildə 3 illik müqavilə bağlamışdı və bu müddətdə komandanı avrokuboklara çıxarda bilmişdi.