
Renatın komandası böyük hesabla uduzdu
- 14:40
- 39
Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, onun çıxış etdiyi "Motor” Ekstraklasanın 2-ci turunda "Poqon"un qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Oyuna start heyətində başlayan Renat 58-ci dəqiqədə - hesabda 1:3 geridə olduqları vaxt əvəzlənib.
Dadaşovun komandası iki turdan sonra 3 xalla 9-cu pillədə qərarlaşıb.