
Renat oynadı, komandası uduzdu
- 21 Fev 2022 16:00
- 493
Portuqaliya çempionatında 23-cü turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi “Tondela” bu turda “Braqa”ya uduzub – 0:1.
Renat oyuna start heyətdə başlayıb və 68-ci dəqiqədə əvəzlənib.
“Tondela” 23 turdan sonra 20 xalla 18 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.