"Neftçi” PFK futbolçu Rəhman Hacıyevlə müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

26 yaşlı yarımmüdafiəçi ilə gələn mövsümün sonunda bitməli olan anlaşma daha 1 illiyə artırılıb. Rəhman Hacıyev gələn mövsümün sonunadək "Keşlə” klubuna icarəyə verilib.

Qeyd edək ki, Rəhman Hacıyev "Neftçi”də keçirdiyi 6 mövsüm ərzində 166 oyunda meydana çıxıb, 16 qola imza atıb.