Ştuxlikin gəlişi ilə Azərbaycan futbolunda olan-qalan hakimlik də məhv olub getdi. Bəzi tanınmış hakimlər bilərəkdən futboldan küsdürüldü, məcbur edildi ki, karyeralarını erkən başa vursunlar. Belə hakimlərdən biri də Rəhim Həsənov idi.

Lakin etibarlı mənbədən Rekord.az-a daxil olan məlumata görə, Ştuxlikin gedişindən sonra Həsənov qərarını dəyişərək yenidən hakimliyə qayıtmaq istəyir.

AFFA-da gözlənilən mümkün islahatlar fonunda FİFA referisi də həvəslənib. Artıq yaxın ətrafına da öz istəyini çatdırıb. Sadəcə, AFFA Hakimlər Komitəsinin başına gələcək şəxsin kimliyinin məlum olmasını gözləyir.

Qeyd edək ki, hakimlikdən gedən Həsənov orta məktəblərin birində idman müəllimi işləyir.