Bir müddət bundan öncə Sumqayıtın "Uğur" komandasının müəyyən fasilədən sonra yenidən fəaliyyətini bərpa edərək "Region Liqa"da mübarizə aparacağını bildirmişdik.

Lakin Rekord.az-a daxil olan son məlumata görə, vəziyyət bir anda dəyişib.

Maliyyə dayanıqlığı baxımından məsələ tam dəqiqləşmədiyi üçün komandanın çempionatda iştirakı sual altına düşüb. Növbəti həftə məsələyə tam aydınlıq gəlməlidir.