Dünən AFFA İcraiyyə Komitəsinin qərarları açıqlandı.

Onlardan biri də Region Liqası komandaları ilə bağlı idi. Qərarda bildirilir:

“Region Liqası komandalarının 1-ci divizionda çıxış edə bilməsi üçün AFFA-nın baş katibliyi və PFL tərəfindən meyarlar müəyyənləşdirilsin. Meyarlara tam cavab verən və müvafiq müraciəti ilk təqdim edən klubun 2022/23 mövsümündə 1-ci divizionda çıxışı təmin olunsun".

Bunu nəzrə alıb Region Liqaslnın iddialı klublarının baş məşqçilərinin qərara münasibətini öyrəndik.

Mahəddin Ağamov (Qusar):
“Mən bu barədə hələ bir söz deyə bilmərəm. Rəhbərliklə görüşümüz olmayıb. Məsələ ilə bağlı da məlumatım yoxdu. Təxminən 1 həftəyə komanda yığışacaq. Onda sizə məlumat verə bilərik”.



İbrahim Uzunca (Xan Lənkəran):
“Nə qərar çıxdığını mən bilmirəm. 1-ci divizionda çıxış etməyimizə icazə verilib-verilməyəcəyindən məlumatım yoxdu. Hazırda Türkiyədəyəm. İnşallah, çərşənbə axşamı qayıdacam. Onda sizə məlumat verə bilərəm”.

Vasif İsmayılov (Füzuli):
“Biz artıq bu istiqamətdə işlərə başlamışıq. Klubun prezidenti Bəşir müəllim də dünən axşam rəsmi “feysbuk” səhifəmizdə iş adamlarına müraciət edib. Onlardan da müsbət cavablar gəlir. Əslində, hələ meyarlar bizə məlum deyil. Amma təxmin edirik ki, peşəkar futbolda maliyyəyə daha çox ehtiyac var. Ona görə də indidən işlərə başlamışıq. Bizi 1-ci diviziona buraxsalar, ilk dövrədə Beyləqanda, fasilədən sonra isə Füzuli şəhər stadionunda oynamaq istəyirik. Füzuli Qarabağın qapısıdı. Vətən müharibəsində də bu şəhərin azad olması müharibənin taleyinə böyük təsir göstərdi. Belə olan halda 1-ci divizionda Qarabağı təmsil edən bir komandanın iştirak etməsi çox yaxşı olardı”. ("Futbol plus")