"Region Liqası" ilə bağlı 3 il tələbi ləğv edilir
- 02 Mar 2023 12:00
- 1465
Məlum olduğu kimi, AFFA "Region Liqası"nda çıxış edən komandaların qarşısında I Divizionda çıxış etmək üçün 3 illik şərt qoymuşdu.
Rekord.az xəbər verir ki, həmin şərtə əsasən hansısa komanda I Divizionda çıxış etmək istəyirsə, minimum 3 il "Region Liqası"nda oynamalı, daha sonra I Divizionda oynamaq üçün müraciət etməli idi.
Əldə etdiyimiz məlumata görə, AFFA İcraiyyə Komitəsi martın 7-də keçirəcəyi iclasda bu məsələni müzakirə edib qərarı ləğv etməyə hazırlaşır. Bunun da əsas səbəbi növbəti mövsüm I Divizonda komanda sayının artırılacağıdır. Federasiya bu qərarı ləğv etməklə "Region Liqası"nda iddialı olan komandaların I Diviziona yolunu açmaqdı.