
Regekampfl onu "Qarabağ"la oyunda start heyətində oynatmaq istəyir
- 23 Fev 2023 15:00
- 593
Həftəsonu "Neftçi"ni "Qarabağ"la prinsipial oyun gözləyir.
Rekord.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Regekampflı bu oyuna bacardığı qədər güclü heyət buraxmağı planlaşdırır.
Saytımıza daxil olan məlumata görə, rumıniyalı məşqçi Eddi İsrafilovu start heyətinə daxil etmək istəyir. "Səbail"lə oyunun ikinci hissəsində ona yarım saat oynamaq şansının verilməsi də məhz buna hesablanmışdı. Regekampfl zədədən qayıdan futbolçunu bir növü "Qarabağ"la oyuna hazırlamaq üçün "Səbail"ə qarşı yarım saat oynatdı.