
Regekampf istəmir, "Neftçi" yaxa qurtarmağa çalışır ÖZƏL!
- 17 Avq 2022 14:00
- 782
"Neftçi"də Gilyermo Pato ilə bağlı ciddi sıxıntılar başlayıb.
Rekord.az xəbər verir ki, sabiq baş məşqçi Samir Abasovun xüsusi istəyi ilə transfer olunan futbolçunun oyunu hazırkı baş məşqçi Regekampflı qane etmir.
Rumın məşqçi rəhbərliyə də bununla bağlı fikrini deyib və Patonun ona lazım olmayacağını açıqlayıb. Sadəcə, ortada ənənəbi problem var. Pato klubla bu ilin yanvarında 2.5 illik müqavilə bağlayıb. Yəni müqavilənin 2 ilə yaxın müddəti hələ də qüvvədədir və futbolçunu göndərsən, gərək təzminatını ödəyəsən. Heç bir futbolçu da 2 illik qazancını sənə bağışlayıb getməyəcək. Uzaq başı maaşını alıb əvəzedici komandada oynayacaq. Hazırda "Neftçi" rəhbərliyi qışda bu futbolçudan necə yaxa qurtarmağın yollarını arayır.