
"Real"ın aparıcı futbolçusu ata oldu
- 12 İyl 2022 20:16
- 392
"Real"ın futbolçusu Eder Militao ata olub.
Rekord.az xəbər verir ki, braziliyalı müdafiəçinin qızı dünyaya gəlib. O, sabiq sevgilisi Karolin Lima ilə qızlarına Sesilya adını qoyub.
Xatırladaq ki, Eder bir neçə gün əvvəl Karolinlə ayrılıb . Model oyunçu ilə ünsiyyətdə çətinlik çəkdiyi üçün münasibətini davam etdirmək istəməyib. Lima qızı üçün Militao ilə əlaqə saxlamağa davam edəcəyini bildirib.
Qeyd edək ki, Militao və Lima 2021-ci ildən sevgili idilər.