“Real” (Madrid) hücumçusu Marko Asensio ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə La Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.

27 yaşlı futbolçu ilə müddəti bu ayın sonu bitəcək müqavilənin yenilənməyəcəyi vurğulanıb. Ona təşəkkür edən klub, gələcək karyerasında uğurlar arzulayıb.

Asensio 2016-cı ildən “Real”da çıxış edirdi. O, bu müddətdə Madrid təmsilçisində 285 oyuna 61 qol vurub.