
"Real" futbolçusunu "Xetafe"yə satacaq
- 25 İyl 2022 12:45
- 427
"Real" hücumçusu Borxa Mayoralı "Hetafe"yə satacaq.
Rekord.az "Marca"ya istinadən xəbər verir ki, klublar 25 yaşlı oyunçunun transferi ilə bağlı razılığa gəliblər.
“Hetafe” bu transfer üçün "Real"a 10 milyon avro ödəyəcək. Mayoral 5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, ispan futbolçu 2021/22 mövsümündə icarə əsasında "Hetafe"də oynayıb.