İspaniya la Liqasının 18-ci turu çərçivəsində doğma "Santyaqo Bernabeu"da "Atletik"in müqavimətini qıra bilməyən "Real" maraqlı statistik göstəriciyə imza atıb.

Rekord.az xəbər verir ki, Zinbəddin Zidanın baş məşqçisi olduğu komanda mövsümün ilk yarısında son 32 ilin ən yaxşı göstəricisinə imza atıb.

"Kral klubu" La Liqada cari mövsümün geridə qalan 18 oyununda cəmi 12 top buraxıb ki, son dəfə belə hal 1987/1988-ci illər mövsümündə qeydə alınıb. Cari mövsüm 15 görüşdə "qalaktikos"un qapısını qorumuş Tibo Kurtua bu matçların 8-də qol buraxmayıb.