
Rayon rəhbərliyi dəstək vermədi, daha bir komanda dağıldı
- 17 Avq 2022 17:00
- 564
Azərbaycanda daha bir komanda fəaliyyətini dayandırıb. Artıq neçənci dəfədir.
Rekord.az xəbər verir ki, söhbət "Karvan" komandasından gedir.
Yevlax təmsilçisi neçənci dəfədir ki, dirçəlməyə çalışsa da, heç cürə ayaqda dura bilmir. Son olaraq Kənan Kərimov doğma Yevlaxının komandasını ayaqda tutmağa, ona dəstək axtarmğa cəhd etdi. Hətta "Region Liqası"nda komandaya öz cibinin pulunu da xərclədi. Son olaraq Yevlax İcra Hakimiyyətinə də müraciət olundu. Özü də davamlı olaraq. Təəssüf ki. rayon rəhbərliyindən heç bir dəstək olmadı. Məhz buna görə də. komanda artıq fəaliyyətini dayandırıb və növbəti "Region Liqası"nda çıxış etməyəcək.