"Real Madrid"in əfsanəvi hücumçusu Raul Qonsales "Espanyol"u çalışdırmaq təklifindən imtina edib.

Rekord.az "Marca"ya istinadən xəbər verir ki, hazırda "Real"ın strukturunda məşqçi qismində fəaliyyət göstərən 45 yaşlı sabiq forvard iş yerini dəyişmək fikrində olmadığını bildirib.

Qeyd edək ki, Raul futbolçu kimi uzun müddət formasını geyindiyi Madrid klubunda 2018-ci ildən işləyir.