
Ramiz Məmmədov da "Şamaxı" rəhbərliyində yer alacaq
- 15 İyl 2022 15:00
- 1005
Xəbər verdiyimiz kimi, “Şamaxı” iyulun 1-dən yeni baş məşqçi Cavid Hüseynovun rəhbərliyi altında məşqlərə başlayıb.
Rekord.az xəbər verir ki, klubun Müşahidə Şurasının sədri Zaur Axundovun istefasından sonra boş qalan post da sahibini tapıb.
Bu vəzifəyə illər öncə AFFA-nın Lisenziyalaşdırma Komissiyasında fəaliyyət göstərən Elçin Usubun gətiriləcək.
"Futbol plus"un yaydığı yeni məlumata görə isə, klubun Müahidə Şurasına Ramiz Məmmədovla Orxan Fikrətoğlu da gətiriləcək. Sözügedən nəşr xəbəri dəqiqləşdirmək üçün Ramiz bəylə danışmağı lazım bilib: “Klub tərəfindən xəbər verilmədiyi müddətdə danışmaq istəmirəm. İstəyirəm ki, klub hər şeyi dəqiqləşdirsin, rəhbərliklə olan danışıqlarımız yekunlaşsın, ondan sonra ətraflı məlumat verim. Gözləyək, bir az səbirli olaq. İlkin danışıqlar gedir. Qalan məlumatları isə klub verə bilər”.