Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Ağabala Ramazanov “Səbail”dən ayrılıb.

Rekord.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

Komandada keçirdiyi 2 mövsümə görə futbolçuya təşəkkür edən "dənizçilər" ona uğurlar arzulayıb. 

Qeyd edək ki, bu iki mövsüm ərzində “Səbail”də 40 oyuna çıxıb, 14 qola imza atıb. O, bu komandanın heyətində həm də 2018/19 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Artıq Ramazanovun yeni klubu da məlumdu. "Zirə" ilə anlaşan hücumçu tezliklə yeni klubu ilə müqaviləyə imza atacaq.