“Zirə” yeni futbolçu ilə anlaşıb.

Rekord.az xəbər verir ki, paytaxt klubu bu gün “Səbail”lə vidalaşan Ağabala Ramazanovla müqavilə bağlayıb. 

26 yaşlı hücumçu ilə müqavilənin müddəti 1 il yarımdı.

Qeyd edək ki, Ramazanov daha əvvəl "Neftçi", "Xəzər Lənkəran", "Sumqayıt", "Keşlə", "Qarabağ" və "Səbail"də çıxış edib. O, həmçinin, milli komandamızın üzvüdü.