
Rahil Məmmədov “Araz-Naxçıvan”da
- 25 İyl 2025 16:40
- 49
“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Rekord.az xəbər verir ki, klub mərkəz müdafiəçisi Rahil Məmmədovla anlaşıb.
29 yaşlı futbolçu ilə müqavilənin müddəti 1 ildir.
Məmmədov müxtəlif illərdə “Neftçi”, “Səbail”, “Zirə”, “Qarabağ”, Polşanın LKS Lodz və “Radomiak” klublarında çıxış edib. Müdafiəçi Azərbaycan milli komandasının üzvüdür.