
Qvardiola: "Hamının müdafiədə və hücumda iştirakını istəyirəm"
- 08 Mar 2022 20:08
- 560
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/8 finalında "Sportinq"lə keçirəcəkləri cavab matçı barədə danışıb.
Rekord.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında deyib:
"Bizim çoxlu oyunçumuz yoxdur - cəmi 14 futbolçumuz var. Bir neçə problemimiz var - Kayl Uoker cəzalanıb, Joao Kanselo oynaya bilmir. Təbii ki, ilk görüşdə inanılmaz nəticə əldə etdik - 5:0, amma hələ heç nə başa çatmayıb. Futbol gözlənilməzdir. Qol vurmağın yolunu tapmalıyıq. İstəyirik ki, hamı müdafiədə və hücumda iştirak etsin, hər kəsin cərimə meydançasına girməyə icazəsi var. Kevin de Brüyne niyə son oyunda iki qol vurdu? Çünki o lazım olan mövqedə idi. Qol vurmaq üçün belə olmalısan".
Qeyd edək ki, martın 9-u keçiriləcək "Mançester Siti" - "Sportinq" qarşılaşması Bakı vaxtı ilə 00:00-da başlayacaq.