«Qarabağ»ın miüdafiəçisi Elvin Cəfərquliyevin avtomobilindən istifadəsi məhdudlaşdırılıb.

Rekord.az xəbər verir ki, o, artıq şəxsi maşınından az-az hallarda yararlanır.

Bu, Qurban Qurbanovun göstərişidir. Ağdam klubunun baş məşqçisi avtomobil həvəskarı olan futbolçunun diqqətini yalnız futbola yönəltməsi üçün belə bir tapşırıq verib.Təcrübəli çalışdırıcı perspektivinə böyük ümidlər bəslədiyi arxa xətt oyunçusundan nəqliyyat vasitəsini Suraxanıda yerləşən bazanın parkinqində saxlayıb, evə avtobusla, yaxud taksi ilə gedib-gəlməsini istəyib. (sportinfo.az)