Məlum olduğu kimi, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Keşlə" ilə dünənki oyunda demək olar ki, ikinci heyətə şans verib. 

Rekord.az xəbər verir ki, Medina istisna olmaqla, demək olar ki, bütün legionerlər ehtiyatda qalıb.

Əksəriyyət bunun səbəbini baş məşqçinin futbolçulara istirahət verməsi ilə izah etsə də, əslində əsas səbəb başqadır. Əldə etdiyimiz məlumata görə, Qurbanov bu addımı futbolçularını süni örtüklü qazonda zədələnməkdən qorumaq üçün atıb. Heç kimə sirr deyil ki, "Ask Arena"nın süni örtüyü istismar müddəti başa vurub və yaxşı vəziyyətdə deyil. Belə olan halda, futbolçuların zədələnmə riski də yüksəkdir. Üstəlik, "Qarabağ"ın legioner futbolçuları bu cür örtüklərdə oyun olan zaman meydançaya könülsüz çıxırlar. Turnir cədvəlindəki mövqeyini də nəzərə alan Qurbanov bu səbəbdən "Marsel"lə oyunun start heyətində ciddi dəyişiklik edib və Medina xaric, bütün futbolçuları ehtiyatda saxlayıb.