
Quliyevli “Arsenal” darmadağınla uduzdu
- 20 Mar 2022 17:30
- 492
Futbol üzrə Rusiya Premyer Liqasında 22-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Zenit”lə qarşılaşıb. Ayazın komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.
Quliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib.
“Arsenal” geridə qalan 22 turda 20 xal toplayıb və 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.