Futbol üzrə Rusiya Premyer Liqasında 4-cü turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Moskva “Torpedo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1.

Ayaz bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Ximki” 4 turdan sonra 7 xalla 16 kollektiv arasında 7-ci qərarlaşıb.