
Quliyevə UEFA-dan növbəti təyinat
- 21 İyl 2025 14:00
- 53
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan təyinat alıb.
Bu barədə Rekord.az-a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.
O, UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 24-də keçiriləcək “Novi Pazar” (Serbiya) - “Yagelloniya” (Polşa) görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma Novi Pazar şəhərində yerləşən “Qradski” stadionunda baş tutacaq.