Futbol üzrə Rusiya Premyer Liqasında 12-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçular - Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Ural”la qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Sadıqov bu matçın sonunadək ehtiyatda qalıb. Quliyev isə start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
“Ximki” 12 turdan sonra 8 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.