
Qubada "İmişli"yə qiymət oxudular
- 11:00
- 126
"İmişli" yeni mövsümdən ev oyunlarını Qubada keçirmək istəyir.
Rekord.az xəbər verir ki, PFL də sözügedən arenada olub və müsbət rəy verib.
Lakin klubun ürəyincə olmayan bir məsələ var. Bu da Quba Olimpiya İdman Kompleksinin rəhbərliyinin burada oynamaq istəyən klublardan yüksək icarə haqqı tələb etməsidir. Əldə etdiyimiz məlumata görə, "İmişli"dən bir ev oyunu üçün 3 min manatdan da yuxarl icarə haqqı tələb olunub. Bu isə klub üçün sərfəli məbləğ olmasa da, məcburiyyətdən razılaşmalı olublar.