Quba rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Şahdağ-Quba idman klubunda “Heydər Əliyev” ilinə həsr olunmuş 2006-2014-cü il təvəllüdlü idmançılar arasında cüdo üzrə Quba rayon açıq burinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, birinciliyin açılışında Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nohbalayev tərəfindən yarışın keçirilməsi məqsədləri iştirakçıların diqqətinə çatdırılmışdır. Birincilikdə Bakı, Sumqayıt, Xaçmaz, Xudat və Qubadan ümumilikdə 150-ə yaxın idmançı iştirak etmişdir. Turnirin sonunda qaliblər Quba rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok, medal və diplomlarla təltif edilmişdir.