“Quba” "Sumqayıt"ı məğlub etdi
- 17:20
- 23
Azərbaycan Basketbol Liqasında 8-ci turun daha bir oyunu keçirilib.
Rekord.az xəbər verir ki, günün ilk matçında "Quba" "Sumqayıt"ı qəbul edib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 107:90.
Günün ikinci görüşündə "Şəki" "Sabah"la üz-üzə gələcək.
8-ci turda daha əvvəl "Ordu" "Sərhədçi"ni (100:64), "Gəncə" "Neftçi"ni (80:73), "Abşeron Lions" NTD-ni (102:87), "Naxçıvan" "Lənkəran"ı (82:75) məğlub edib.