Azərbaycan Basketbol Liqasında 14-cü turun daha iki oyunu keçiriləcək.


Rekord.az xəbər verir ki, günün ilk matçı Qubada baş tutacaq.


Şəhərin eyniadlı komandası "Lənkəran"ı qəbul edəcək. Qarşılaşma Quba Olimpiya Kompleksində, saat 15:00-da start götürəcək.


Günün ikinci görüşündə "Sərhədçi" "Naxçıvan"la üz-üzə gələcək. Oyun "Sərhədçi" İdman Mərkəzində, saat 20:00-da başlanacaq.


"Naxçıvan" B qrupunda 23 xalla ikinci pillədə qərarlaşıb. "Quba", "Lənkəran" və "Sərhədçi" 17 xalla 4-6-cı yerləri bölüşdürürlər.


Qeyd edək ki, tura yanvarın 25-də yekun vurulacaq. Ötən gün "Sumqayıt" "Ordu"nu məğlub edib - 100:96.