Futzal üzrə Azərbaycan millisinin hücumçusu İsa Atayev Avropa çempionatının final mərhələsində İspaniyaya qarşı keçirilmiş oyunu şərh edib.

Rekord.az xəbər verir ki, bu oyunda ilk qolun vurulmasında iştirak edən, ikinci qolun isə müəllifi olan futzalçı federasiyanın rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Çox çətin və ağır oyun keçdi. İki dəfə hesabda irəli çıxdıq. Amma yekunda heç-heçə ilə barışmalı olduq. Çox çətin oyun oldu. Gürcüstana 2:3 hesabı ilə uduzduğumuz ilk qarşılaşmada baş məşqçi mənə şans vermədi. Onun fikirlərinə hörmətlə yanaşırıq. Qrupda son matç olan Bosniya və Hersqevina ilə görüşə tam hazır heyətlə çıxacağıq. İki oyunçumuz koronavirusa görə bizə qoşula bilməmişdi. Heyətimiz də tam deyildi. Üçüncü matçda qələbə qazanacağımıza ümid edirəm. Hələlik qrupdan çıxmaq üçün şansımız var. İnanıram ki, şans bizim tərəfimizdə olacaq”.