Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qobustan şəhər 3 saylı və Sündü kənd tam orta məktəblərinin idman zallarında yeniyetmə qızlar arasında voleybol üzrə qış turniri keçirilib.

Rekord.az xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd qızların idmana cəlb olunması, voleybol idman növünün qızlar arasında təbliği, təlim-məşq proseslərinin təkmilləşdirilməsi və asudə vaxtın səmərəli təşkil olunmasıdır.

Qızların mübarizəsində finalda yarımqrupların qalibləri şəhər 1 və 3 saylı tam orta məktəblərin komandaları qarşılaşmış və qalib gələn keçirilən turnirdə Qobustan şəhər 3 saylı tam orta məktəbin komandası qalib gələrək I yeri tutmuşdur. 3-cü yer uğrunda mübarizədə Sündü kənd tam orta məktəbinin komandası Qobuistan şəhər 2 saylı tam orta məktəbindən olan həmyaşıdlarına qalib gəlmişlər.

Turnirin qaliblərinə və mükafatçılarına Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.