“Barselona”nın müdafiəçisi Jordi Alba “qızıl top” uğrunda mübarizənin favoriti haqda danışıb.

Rekord.az xəbər verir ki, Alba “qızıl top”u həmişə Lionel Messiyə vermək istədiyini deyib:

“Mən “qızıl top”u həmişə Messiyə vermək istəyirəm. Lakin bu il Kərim Benzema çox yaxşı çıxış etdi. O, bu mükafata layiqdir”.

Benzema ötən mövsüm “Real”ın heyətində UEFA Çempionlar Liqasının ən yaxşı oyunçusu seçilib.

Messi ilk dəfə bu il “qızıl top”un namizədləri siyahısına daxil edilməyib. Argentinalı futbolçu 2005-ci ildən bəri ilk dəfə mükafata iddialılar siyahısında yoxdur.