Qismət Alıyev: "Künc zərbəsi zamanı rəqib blok qururdu" MÜSAHİBƏ
- 07 Okt 2024 17:00
- 227
"Zirə"nin kapitanı Qismət Alıyev "Turan Tovuz"a 0:1 məğlub olduqları oyundan sonra Rekord.az-a müsahibə verib:
- Qismət, baş məşqçiniz Rəşad Sadıqov da bildirdi ki, iki fərqli hissə oldu, ilk hissədə yaxşı oynasanız da, ikinci hissədə üstünlüyü verdiniz rəqibə. Nə baş verdi ki, son dəqiqədə qol buraxdınız?
- Həqiqətən də ilk hissəni yaxşı oynadıq, qol vurmaq üçün epizodlarımız da oldu, yararlana bilmədik. İkinci hissədə isə rəqibə boşluqlar verməyə başladıq. Gərək o boşluqları verməyəydik.
- Qol epizodundan sonra mübahisə yarandl. Etirazınız nəyə idi?
- Rəqib künc zərbələri zamanı blok qururdu. Bizim etirazımız da buna idi. Çünki qapıçıya da çıxışda maneə yaranırdı və rəqib üstünlük qazanırdı.
- Məğlub olsanız da, bu mövsüm avrokuboklara vəsqə qazanmağa əsas iddiaçılardan sayılırsınız. Avrokuboklarda son çıxışlarınız da sizə olan inamı artırıb. Analoki uğuru bu mövsüm də təkrarlaya biləcəksiniz?
- Biz də bunun üçün əlimizdən gələni edəcəyik. Amma çətin olacaq. Özünüz də görürsünüz ki, ötən mövsümlə müqayisədə bu mövsüm daha çətin keçir, komandalar daha da güclənib, rəqabət daha da artıb. Buna görə daha çox güc sərf etməlisən, daha az səhv etməlisən. Hər halda, bugünkü məğlubiyyətə baxmayaraq. hədəfimizə doğru irəliləyəcəyik.
- Yəni hədəfiniz avrokuboklara vəsiqədir...
- Bəli.
Anar XANLAROV