2020-ci ilin noyabrında koronavirusa yoluxan Qəhrəman Əliyev hələ də komadan ayrılmayıb.

Rekord.az xəbər verir ki, bu barədə sportinfo.az-a tanınmış məşqçinin qardaşı Seyran Əliyev məlumat verib.

Onun sözlərinə görə, beyin inslutu keçirmiş mütəxəssisin sağluq durumu ağır-sabit olaraq qalmaqdadır:

«Bugünlərdə qardaşımı növbəti dəfə müayinədən keçirdik. Beyin tamoqrafiyası göstərdi ki, hər şey əvvəl necə idisə, o cür də qalıb.

Beyində atrofiya gedib, siqnallar ora çox çətinliklə çatır. Bədəninin reaksiyası var, amma zəifdir.

Allahdan ümid üzülməz! Həkimlər daha heç nə demir. Yeganə ümidimiz Allahın möcüzəsinə qalıb».