
Qedeş yenidən La Liqada
- 05 Avq 2025 16:20
- 52
İspaniyanın “Real Sosyedad” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, La Liqa təmsilçisi “Vulverhempton”dan Qonsalu Qedeşi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Portuqaliyalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Portuqaliya millisinin də üzvü olan Qedeş daha əvvəl İspaniyada “Valensiya” və "Vilyarreal", ölkəsində "Benfika"da çıxış edib.