“Qəbələ”yə qalib gəlmək istəyirdik” - Füzuli Məmmədov
- 19:26
- 32
“Karvan-Yevlax” bu gün Misli Premyer Liqasının 22-ci turunda “Qəbələ”nin qonağı olub.
Rekord.az xəbər verir ki, oyundan sonra yevlaxlıların baş məşqçisi Füzuli Məmmədovun mətbuat konfransı keçirilib. Məmmədov 1:1 hesabı ilə başa çatan matçı belə şərh edib:
“Çox çətin oyun idi. Baxmayaraq ki, ciddi hazırlaşmışdıq və qalib gəlmək istəyirdik. Meydança da bir az sürüşkən idi. Uşaqlar yaxşı vuruşdular. Bizim üçün hər bir xal çox önəmlidir. Hər iki komandaya qarşıdakı oyunlarda uğurlar arzulayıram.
Qarşıda oyunlarımız var, sona kimi mübarizə apacağıq. Rəqibləri təhlil edirik, səhvlərin üzərində çalışırıq. Mən bu komandaya gələndə çoxlu xallar itirmişdik. Daha sonra da səhvlərimiz oldu. Bunların üzərində çalışırıq. Sona kimi mübarizəmizi davam etdirəcəyik”.