“Qəbələ”nin sabiq legioneri İvitsa Juniçin işsiz günləri başa çatıb.

Rekord.az xəbər verir ki, xorvatiyalı müdafiəçinin yeni klubunun adına aydınlıq gəlib.

32 yaşlı mərkəz müdafiəçisi Rumıniya klubu ÇFR-lə anlaşıb. Rumınlar rəsmi sayt vasitəsilə transferi açıqlasa da, müqavilə müddəti barədə məlumat verilməyib.

O, artıq yeni komandasında məşqlərə başlayıb. İvitsa Juniç ötən mövsümün sonunda “Qəbələ”dən ayrılıb.