
“Qəbələ”nin sabiq baş məşqçisi Yunanıstan klubunda
- 04 May 2022 11:30
- 497
“Qəbələ”nin əvəzedici komandasının sabiq baş məşqçisi Darill Villard Yunanıstanın "Episkopi" klubunun sükanı arxasına keçib.
Rekord.az xəbər verir ki, bu barədə 2-ci Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
39 yaşlı ingiltərəli mütəxəssislə 1 illik müqavilə imzalanıb. O, yeni vəzifəsində Yasminko Veliçi əvəzləyib.
Daril Villard 2010-2012-ci illərdə "Qəbələ"yə rəhbərlik edib. Kollektiv onun rəhbərliyi altında əvəzedicilərin çempionatında bürünc və gümüş medallara sahib çıxıb.