“Qəbələ”nin futbolçusu İsnik Alimi Premyer Liqada 10-cu qolunu vurub.

Rekord.az xəbər verir ki, Şimali Makedoniyadan olan yarımmüdafiəçinin yubiley topu Misli Premyer Liqasının V turuna təsadüf edib.

28 yaşlı legioner “Zirə” ilə səfər matçında (1:2) penalti zərbəsi ilə hesabı açıb.

Bu, İsnikin cari mövsümdə 5-ci oyunda ikinci qolu olub. O, ötən çempionatın 27 qarşılaşmasında 8 dəfə fərqlənib. Ümumilikdə isə balkanlı yarımmüdafiəçi 10-cu qolunu 32-ci matçında vurub. Penalti zərbələrini dəqiq yerinə yetirməsi ilə seçilən Alimi 6 dəfə 11 metrlik nöqtədən fərqlənib.

O, “Qəbələ”nin heyətində Premyer Liqada 10 və daha çox qol vuran 18-ci futbolçudur. İsnik buna nail olan 12-ci legionerdir.