
"Qəbələ"nin gənc futbolçusu "Neftçi"nin hədəfində
- 04 May 2022 11:00
- 658
“Qəbələ”nin futbolçusu yerli və xarici klubların maraq dairəsinə düşüb.
Rekord.az xəbər verir ki, söhbət cari mövsümdə “Qəbələ”dəki inamlı oyunu ilə diqqətləri üzərinə çəkən Emil Səfərovdan gedir.
Elmar Baxşıyevin bölgə təmsilçisində ən çox güvəndiyi gənc olan 19 yaşlı yarımmüdafiəçi ilə “Neftçi”nin çoxdan maraqlandığı dəqiqdir.
“Neftçi”nin hazırkı idman direktoru Zaur Əzizov “Qəbələ”də işlədiyi vaxtdan Emini yaxşı tanıyır ki, gənc futbolçunun yayda “ağ-qaralar”a keçidi inandırıcı görünür. (sportinfo.az)