Bu gün "Qəbələ" və "İmişli" arasında yoxlama oyunu keçirilib. 


Rekord.az xəbər verir ki, komandalar Qəbələ şəhər stadionunda üz-üzə gəliblər. Görüş "qırmızı-qaralar"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb. 


"Qəbələ"nin heyətində qolları Domi Massumo və Pirins Ovusu (dubl) vurublar. 


Yay hazırlıq toplanışında "Qəbələ" daha əvvəl "Şamaxı" (2:1), "Kəpəz" (2:0) və "Sumqayıt" (1:0) ilə qarşılaşıb. 


"İmişli" isə daha əvvəl  "Araz-Naxçıvan"ın əvəzedici komandası (2:1), "Sabah"ın əvəzedici komandası (2:1), "Sumqayıt" (0:0) və "Karvan-Yevlax"la (1:2) üz-üzə gəlib.