
“Qəbələ”dən ardıcıl 3-cü qələbə
- 20:21
- 44
Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” növbəti yoxlama oyununu keçirib.
Rekord.az xəbər verir ki, “qırmızı-qaralar” “Sumqayıt”la qarşılaşıb.
Görüş Qəbələ şəhər stadionunda baş tutub. Matçın taleyini bir qol həll edib. İlk yarısı qolsuz bitən oyunun ikinci hissəsində Domi Massumu fərqlənib.
Onun 70-ci dəqiqədə vurduğu top “Qəbələ”yə minimalhesablı qələbə qazandırıb. Bu, komandanın yoxlama görüşlərində ardıcıl 3-cü qələbəsi olub.
“Qəbələ” bunadək mövsümlərarası dövrdə keçirdiyi yoxlama oyunlarında “Şamaxı”ya 2:1, “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəlib.