“Qəbələ” İdman Klubunda yeni təyinat gerçəkləşib.


Rekord.az xəbər verir ki, Elnur Məmmədli komandanın mətbuat xidmətinin rəhbəri təyin edilib.


O, 2023-2025-ci illərdə AFFA-nın mətbuat xidmətinin rəhbəri vəzifəsini tutub.


Məmmədli idman jurnalistikasında karyerasına ötən əsrin sonlarında başlayıb. O, bu illər ərzində müxtəlif televiziya kanallarında idman şərhçisi kimi çalışıb, həmçinin qəzet və saytlarda fəaliyyət göstərib.