“Qəbələ”nin dörd futbolçusu komandanın məşq prosesində iştirak etmir.

Rekord.az xəbər verir ki, Misli Premyer Liqasının 1-ci turunun “Turan Tovuz”la oyununun hazırlıq prosesində zədələnən Rüfət Əhmədov səfərə yollanan heyətdə yer almayıb.

Ürfan Abbasov, Gülağa Əsədov və Yaovi Akakpo isə proqram üzrə bərpa prosesini davam etdirirlər.