Misli Premyer Liqasında çıxış edəcək "Sumqayıt"la "Qəbələ" komandaları bu gün yoxlama oyununda üz-üzə gələcəklər.


Rekord.az xəbər verir ki, qarşılaşma Qəbələ şəhər stadionunda keçiriləcək.


Oyun saat 18:30-da start götürəcək.


Premyer Liqanın yeni iştirakçısı "Karvan-Yevlax" da bu gün 1-ci Liqa təmsilçisi "Mingəçevir"lə yoxlama görüşü keçirəcək. Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında baş tutacaq qarşılşama saat 18:00-da start götürəcək.