“Qəbələ” Abdullahi Şuaybu ilə yollarını ayırıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Nigeriyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.


Şuaybu 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinirdi. O, “Qəbələ”də keçirdiyi 29 oyunda 8 qol vurub.