Misli Premyer Liqasının 25-ci turu çərçivəsində sabah "Qarabağ"ı qəbul edəcək "Qəbələ" oyuna ciddi itki ilə çıxacaq.
Rekord.az xəbər verir ki, Elmar Baxşıyev aparıcı futbolçulardan olan Ruan Renatonun xidmətindən istifadə edə bilməyəcək.
Buna səbəb müdafiəçinin sarı vərəqə limitini doldurmasıdır.